Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid İlyasov Bəhrəm Nizam oğlunun doğum günü ilə əlaqədar məzarını və ailə üzvlərini ziyarət edib.

30 noyabr 2021 | 16:00

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid İlyasov Bəhrəm Nizam oğlunun doğum günü ilə əlaqədar məzarını və ailə üzvlərini ziyarət edib.
   Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin, RİH-in məsul əməkdaşlarının, hüquq-mühafizə orqanlarının rəhbərliyinin və şəhidin doğmalarının iştirakı ilə Bərdə rayon Nəcəfqulubəyli kəndində Vətən müharibəsi şəhidi İlyasov Bəhrəm Nizam oğlunun doğum günü ilə əlaqədar  məzarı ziyarət edilərək məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunubdur.
    Daha sonra şəhidin ailə üzvləri ilə görüş keçirilib. Kəlbəcər RİH başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanmışdır.Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
  İlyasov Bəhrəm Nizam oğlu 30 noyabr 1998-ci ildə Bərdə rayonunun Nəcəfqulubəyli kəndində anadan olub.
   Azərbaycan Ordusunun əsgəri olan Bəhrəm İlyasov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində böyük şücaət göstərib. Bəhrəm İlyasov Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
     Subay idi. 13 oktyabr 2020-ci ildə Bərdə rayon Nəcəfqulubəyli kəndində dəfn edilib.
    15 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixində "Suqovuşanın azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.         
 
Allah bütün şəhidlərimizin məkanını cənnət, məqamını ali etsin!

 

 

Keçidlər