Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən müharibəsində şəhid olan Bayramov Samir Elxan oğlunun il mərasimində iştirak edərək məzarını və ailə üzvlərini ziyarət edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin, RİH-in məsul əməkdaşlarının, hüquq-mühafizə orqanlarının rəhbərliyinin və şəhidin doğmalarının iştirakı ilə Vətən müharibəsi şəhidi Bayramov Samir Elxan oğlunun Göygöl rayon Şəhidlər xiyabanında məzarı ziyarət edilərək məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, daha sonra Bənövşəli kəndində il mərasimində işirak edilib.
Kəlbəcər RİH başçısı Azər Qocayev dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərimizə olan diqqət və qayğısından söz açaraq ailənin qayğıları ilə maraqlanıb, 44 günlük şərəfli zəfər tarixmizə nəzər salaraq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib. Şəhidin ailə üzvləri onlara göstərilən diqqətə görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Azərbaycan Ordusunun giziri Bayramov Samir Elxan oğlu 1996-cı il avqustun 15-də Kəlbəcər rayon Qılınclı kəndində anadan olub. Samir Bayramov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Uzun müddət sonar dekabrın 2–də nəşi tapılıb. Dekabrın 3-də Göygöl rayon Şəhidlər xiyabında dəfn olunub. Şəhid Bayramov Samir 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü" və “Kəlbəcərin azad olunmasına görə”medalları ilə təltif olunub. Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.