Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Kəbəcər rayon İcra Hakimiyyətində anım mərasimi keçirilib.

12 dekabr 2021 | 16:00

Ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar ölkədə tətbiq edilən xüsusi karantin rejimin qaydalarına riayət etməklə Kəbəcər rayon İcra Hakimiyyətində anım mərasimi keçirilib.Mərasimdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak edib.
Əvvəlcə Rayon İcra Hakmiyyətinin başçısı Azər Qocayev  Ümummilli lider Heydər Əliyevin büstü önünə  əklil qoyaraq, büstün önündə baş əymiş və Ulu Öndərə dərin ehtiramını bildirmişdir.Tədbir iştirakçıları da, Ulu Öndərin büstünü ziyarət edərək büstü önünə gül dəstləri düzüb, fenomen şəxsiyyətə  hörmət və ehtiramlarını ifadə ediblər.
Anım mərasimində tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, daha sonra çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dahi şəxsiyyət, əvəzolunmaz lider, xalqının inamını və sevgisini qazanmış Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız üçün misilsiz xidmətlərindən söz açaraq qeyd etmişdir ki, ölkəmizin müasir tarixinin bütöv bir mərhələsinin Ümummilli Liderin adı ilə bağlıdır. Dahi şəxsiyyət, uzaqgörən lider Heydər Əliyevin 1969-1982-ci ildə Azərbaycana rəhbərlik etdiyi dövrdən başlayaraq ölkəni keçmiş İttifaqın ən qabaqcıl respublikalarından birinə çevirdiyini vurğulayan Azər Qocayev bildirmişdir ki, çətin bir şəraitdə, 1993-cü ildə yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanı dağılmaqdan və müstəqilliyini yenidən itirməkdən ümummilli lider Heydər Əliyev xilas edib. Ulu Öndərin müdrikliyi, siyasi və dövlətçilik təcrübəsi, yenilməz iradəsi, balanslaşdırılmış xarici və daxili siaysəti  məhv olmaq təhlülkəsi ilə üzləşən ölkəni fəlakətdən qurtardı.
Eyni zamanda  rayon rəhbəri diqqətə çatdırıb ki, Heydər Əliyevin 1993-cü ildə xalqın israrlı təkidi ilə yenidən hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanda siyasi sabitlik və təhlükəsizlik bərqərar olub və xarici siyasət sahəsində də müsbət dəyişikliklər edilib.Ölkəmizin hərtərəfli inkişafında yeni imkanlar yaradılıb, məhz bu siyasətin nəticəsidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimiz 44 günlük Vətən müharibəsində mütləq tarixi Qələbə qazanıb və ərazi bütövlüyümüzü təmin edilib.
Xalqımız  Azərbaycanın xilaskarı, müasir Azərbaycanın memarı və qurucusu,türk dünyasının böyük oğlu,dünya şöhrətli siyasətçi  Heydər Əliyevin əvəzsiz xidmətlərini heç vaxt unutmayacaq. Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və öndər kimi daim qalacaqdır.
Allah rəhmət eləsin, ruhu şad olsun!

  •  
  •  
Keçidlər