Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər, Şuşa və Xocalı rayon İcra hakimiyyəti başçılarının vətəndaşların səyyari qəbulu

10 sentyabr 2014 | 15:00

Gəncə şəhərində yeni istifadəyə verilmiş 1500 ailəlik yeni qəsəbədə Mədəniyyət sarayında Kəlbəcər, Şuşa və Xocalı rayon İcra hakimiyyəti başçıları  məcburi köçkünlərin  təklif və şikayətlərinə baxılması məqsədi ilə  səyyari qəbul  keçirmişlər.
          Qəbulda hər üç rayonun sakinləri və rayon ziyalıları iştirak etmişdir.
           Keçirilmiş səyyari qəbulda 456 nəfər iştirak etmiş, 27 nəfər müxtəlif məsələlərlə bağlı müraciət etmişdir.
           Qaldırılmış problemlərin  bir qismi yerindəcə öz həllini tapmış, digər məsələlər ilə bağlı  aidiyyatı üzrə göstəriş verilmişdir

Keçidlər