Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edən məktəbliləri qəbul edib.

16 dekabr 2021 | 16:00

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Regional İnkişaf İctimai Birliyi və BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyi ilə birgə keçirdiyi Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda iştirak edən Kəlbəcər rayonundan seçilmiş məktəbliləri qəbul edib.Görüşdə Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri, forumda iştirak edən məktəblilərin təhsil aldıqları məktəblərin direktorları və forum iştirakçılarının valideyinləri işitrak edib.
Tədbiri girşi sözü ilə açan Kəlbəcər  rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev məktəbliləri və digər tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Heydər Əliyev Fondu və UNİCEF-lə birgə uşaqların hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, onlara öz problemləri ilə əlaqədar təşəbbüslərlə çıxış edərək təkliflər vermək imkanı yaratmaq, həmçinin ictimaiyyətin diqqətinin uşaq hüquqlarının qorunmasına yönəldilməsi məqsədilə 2009-2017-ci illər ərzində Azərbaycan uşaqlarının dörd ümumrespublika forumunu keçirmişdir. Növbəti V forum isə bu il noyabr ayının 18-də keçirilib. Bu forumların keçirilməsi uşaqların gələcək inkişafı üçün çox vacibdir. Ümumrespublika Uşaq Forumları uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından əhəmiyyətlidir. Rayon icra Hakimiyyətinin başçısı diqqətə onuda çatdırıb ki, keçirilən forumun əsas xüsusiyyəti və fərqləndirici cəhəti ondan ibarətdir ki, bütünlüklə bu forumu uşaqların özləri idarə edib. Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ümumrespublika Uşaq Forumlarının iştirakçılarına təbrik məktubu ünvanlaması və forum iştirakçılarına  oxunması bir daha onu sübüt edir ki, gələcəyimiz olan gənclərimiz daima dövlət başçımızın diqqət və qayğısı ilə əhatə olunublar.
Tədbirdə çıxış edən məktəblilər və digər  natiqlər  onalar göstərilən xüsusi diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonda rayon rəhbəri Forumda rayonumuzu layiqincə təmsil etdikləri üçün məktəblilərə öz minnətdarlığını bildirib, onlara Komitə tərəfindən göndərilmiş sertifikatları təqdim edib.
Qeyd edək ki, Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda Kəlbəcər rayon Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Mamedova Rəşanə Raqif qızı və Kəlbəcər rayon 99 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Nəcəfov Zeynal İsmət oğlu iştirak ediblər.

Keçidlər