Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcərdə “Azərbaycan son 18 ildə” adlı tədbir keçirilib

24 dekabr 2021 | 16:00

Dekabrın 24-də Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında  Kəlbəcər rayon İcra Hakimiyyəti və YAP Kəlbəcər rayon təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan 18 ildə” adlı tədbir keçirilib.
Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması və dövlət himnimizin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev, YAP Kəlbəcər rayon təşkilatının aparat rəhbəri Qənaət Əsgərov, ərazi ilk partiya təşkilatlarının rəhbərləri və YAP fəalları iştirak edib.
Tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev qeyd edib ki,  Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Gənc dövlətin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident cənab İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub. Bildirib ki, memarı ümummilli lider Heydər Əliyev olan həmin siyasəti uğurla davam etdirən dövlətimizin başçısı fəaliyyəti ilə dünyaya günəş kimi doğan Azərbaycan təqdim etdi. Bütün bu uğurlarımız, o cümlədən birliyimiz torpaqlarımızın işğaldan azad edilməsini şərtləndirdi. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız Zəfər tarixinin ideoloji əsasıdır.
Vətəndaşlarımızı milli birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbkarıdır. Zəfər zirvəsinə yüksəlmiş Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qələbəyə nail oldu. Dünyaya səs salan Zəfərimiz yeni reallıqlar yaradaraq Azərbaycanın qalib ölkə kimi diktə edən tərəf olduğunu nümayiş etdirir.
YAP Kəlbəcər rayon təşkilatının aparat rəhbəri Qənaət Əsgərov çıxış edərək qeyd edib ki, cənab Prezidentimiz İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, 200 ildə ilk ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü. Yeni tarix yazıldı, Azərbaycanda yeni mərhələ başladı, cənab Prezident Azərbaycanın zəfər və qəhrəmanlıq simvoluna çevrildi.
Digər natiqlər vurğulayıblar ki, Ümummilli Liderin əsasını qoyduğu inkişaf xətti Azərbaycan Respublikasının güclü dövlətə çevrilməsinə və əbədi mövcudluğuna, Azərbaycan xalqının rifahına, firavan yaşayışına və inkişafına görə dünya xalqları içərisində ön sıralarda dayanmasına hesablanıb.
Tədbirin sonunda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

  •  
Keçidlər