Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Göygöl rayon Murovdağ qəsəbəsində üzün müddət yığılıb qalaqlanmış məişət tullantıları ərazidən təmizlənib.

19 yanvar 2022 | 16:00

Göygöl rayon Murovdağ qəsəbəsində müvəqqəti məskunlaşmış Kəlbəcər rayon sakinləri Kəlbəcər Rayon İcra Hakmiyyətinə müraciət edərək, həmin ərazinin ətrafında  üzün müddət yığılıb qalaqlanmış məişət tullantılarının yaydığı iy-qoxudan, orada olan antisanitariyadan əziyyət çəkdiklərini bildirərək ərazinin tullantılardan təmizlənməsini xahiş etmişdilər. Vətəndaşların müraciətini və ölkədəki epidemiyoloji vəziyyəti nəzərə alaraq Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev dərhal məsələyə reaksiya bildirmiş və aidiyyatı qurumlara tapşırıq verərək uzun müddət yığılıb qalmış tullantı qalıqları ərazidən təmizlənərək  yerindəcə öz həllini tapmışdır.
     Qəsəbə sakinləri üzləşdikləri problemi qısa müddət ərzində həll edilərək aradan qaldırdığı  üçün dövlətimizin başçısına və rayon rəhbərliyinə  öz təşəkkürlərini  bildirdilər.

Keçidlər