Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdabanlı şair Qurban və Dədə Şəmşir irsinin işığında "Türk Dünyası Ozan gecəsi" keçirilib

20 iyun 2014 | 15:00

Gəncə şəhəri 1500 ailəlik Yeni yaşayış məhəlləsində yerləşən Mədəniyyət Sarayında  20.06.2014-cü il tarixdə "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və "Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə "Kəlbəcərdən Türk Dünyasına könül körpüsü – Ustad Ağdabanlı şair Qurban və Dədə Şəmşir irsinin işığında Türk Dünyası Ozan gecəsi" keçirilmişdir.
         "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlu tədbir iştirakçılarını o cümlədən, Türkiyədən gələn yazarları  salamlamış sonra isə aşıq sənətinə göstərilən dövlət qayğısını xüsusi qeyd etmişdir.
         Daha sonra çıxış edən millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə xanım Paşayeva tədbirin təşkilinin məqsədi, respublikamıza təşrif buyuran  şair və yazıçıların səfəri ilə bağlı ətraflı məlumat vermişdir.

Keçidlər