Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayonunda Gənclər Günü qeyd edilib.

02 fevral 2022 | 16:00

Bu gün Kəlbəcər rayon İcra Hakimiyyətində 2 fevral Gəncləri Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayev, qazilər, Vətən müharibəsi iştirakçıları və bir qrup rayonun fəal gəncləri iştirak edib.
İclasda giriş nitqi ilə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı Azər Qocayev mövcud pandemiya səbəbindən tədbirin pandemiya şərtlərinə uyğun olaraq həyata keçirildiyini qeyd edərək bildirmişdir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə vermişdir. Eyni zamanda, bu siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, yeni nəsil yetişmişdir. Dövlət gənclər siyasətini bu gün cənab Prezident İlham Əliyev uğurla davam etdirir.Cənab Prezident 2005-ci ildə "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" sərəncam imzaladı. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından istifadə olunmasına, dövlət idarəçiliyində iştirakına gətirib çıxardı. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü 2007-ci ilin "Gənclər ili" elan edilməsində də göstərdi. Daima Azərbaycan gənclərini dəstəkləyən Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gənclərin fəaliyyətinə yüksək diqqət verməsi isə hər bir gənci ruhlandırır.Azərbaycan Prezidenti hər zaman gənclərə xüsusi önəm verib. Çünki məhz gənclər dövləti və xalqı ağır, tarixi sınaqlardan çıxarırlar.
Rayon rəhbəri onuda qeyd edib ki,  Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazdılar. Onların cəsarəti sayəsində əldə olunan bu Zəfər sayəsində xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu! Onların bir çoxu məhz cənab Prezidentin son 18 ildəki hakimiyyəti illərində böyümüş və təlim-tərbiyyə almışlar.
Tədbirdə çıxış edən gənclər o cümlədən, Vətən müharibəsi qazisi, II qrup Vətən müharibəsi əlil Süleymanlı Aqil Akif oğlu gəncələrə,eləcədə Vətən müharibəsi iştirakçılarına və əlillərinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmiş və hər zaman onların ətrafında sıx birləşəcəklərini ifadə etmişdir.
Tədbirin sonunda Kəlbəcər rayonunun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup gənc xüsusi diplomlarla təltif edildi.
Bu tədbirlərin davamı olaraq Kəlbəcər rayon İcra Hakimiyyətinin və Kəlbəcər rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Mədəniyyət sarayında 2 fevral Gəncləri Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Kəlbəcər rayon Gənclər və İdman İdarəsinin kollektivi, qazilər, Vətən müharibəsi iştirakçıları və rayonun fəal gəncləri iştirak edib.
Tədbirdə çıxış edən natiqlər ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən mahiyyətindən və bu siyasətin həyata keçirilməsində Ulu öndər Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin misilsiz xidmətlərindən söz açmışdırlar.
Tədbirin sonundan 2 fevral Gənclər günü münasibətilə bir qrup fəal gəncə diplom və hədiyyələr təqdim edilmişdir.

Keçidlər