YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov ərazi ilk partiya təşkilatının sədrlərinə və partiya aktivlərinə təqdim olundu.
Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət ediblər. Pandemiya qaydalarına uyğun olaraq keçirilən tədbirdə YAP Mərkəzi Aparatının Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları üzrə məsul əməkdaşı Elmar Məmmədov, ərazi ilk partiya təşkilatının sədrləri ,partiya fəalları və gənclər iştirak ediblər. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra YAP Mərkəzi Aparatının məsul əməkdaşı Elmar Məmmədov YAP Kəlbəcər Rayon Təşkilatının yeni sədri Həbib Misirovu partiya aktivlərinə təqdim edib. Eyni zamanda, o qeyd edib ki, ölkəmizin və regionumuzun ən böyük partiyası olan Yeni Azərbaycan Partiyası avanqard siyasi qüvvə olaraq ölkədə aparılan bütün mütərəqqi və məqsədyönlü işlərin önündə getmiş, Azərbaycan siyasi sisteminə hər zaman yeniliklər gətirmiş və bu sahədə bir çox uğurlara imza atmışdır. Yeni Azərbaycan Partiyasının VII Qurultayında ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin bilavasitə tapşırıq və tövsiyələri əsasında hazırlanaraq qəbul olunmuş Nizamnamə müasir dövrün reallıqlarına uyğun olan yeni çağırışların, vəzifələrin daha da effektiv şəkildə həyata keçirilməsinə şərait yaradır. Qurultayda qəbul olunmuş Nizamnamə Yeni Azərbaycan Partiyası və onun yerli təşkilatlarının işinin daha da gücləndirilməsi, səmərəliliyinin artırılmasını özündə ehtiva edir.
YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov çıxışında qeyd etmişdir ki, mənə göstərilən etimada görə Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə,Yeni Azərbaycan Partiyasının İdarə Heyətinə və Mərkəzi Aparatının əməkdaşlarına öz dərin hörmət və minnətdarlığımı bildirirəm. Əmin edirəm ki, mənə göstərilən etimadı layiqincə doğruldacam, ölkəmizin çiçəkələnməsində və inkişafında müstəsna yeri olan qələbələr partiyası olan Yeni Azərbaycan Partiyasının möhkəmləndirilməsinə və daha da inkişaf etdirilməsinə öz töhvələrimi verəcəm.