Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid baş leytenant Məmmədov Cavad Səfiyar oğlunun ailəsini ziyarət edib.

14 fevral 2022 | 16:00

   Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhid baş leytenant  Məmmədov Cavad Səfiyar oğlunun ailəsini ziyarət edib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Vətən müharibəsi şəhidi baş leytenant  Məmmədov Cavad Səfiyar oğlunun ailəsini ziyarət edib.Görüşdə Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək, şücaət göstərmiş qəhrəman oğullarımızdan o cümlədən şəhid Cavad Məmmədovdan bəhs edilərək onların tarixi qəhrəmanlıqlarından söz açılıb, şərəfli döyüş yoluna nəzər salınıb. Qeyd olunub ki, şəhid ailələri daima Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunmuşdur. O cümlədən də, şəhid baş leytenant  Məmmədov Cavad Səfiyar oğlunun ailəsidə bu qayğıdan kənarda qalmamışdır. Şəhid baş leytenant Cavad Məmmədov ölümündən sonra       Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə 3-cü dərəcəli “ Rəsadət” ordeni, “Vətənə uğrunda” və“ Hərbi xidmətlərə görə” medalları  ilə təltif edilib.
  Daha sonra Vətən müharibəsində qazanılan Qələbədən söz açılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.
  Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev şəhidin ailəsinin qayğıları ilə maraqlanıb, RİH-in daxili imkanları hesabına ailəyə maddi köməklik edilib və  şəhidin həyat yoldaşının işlə təmin olunması üçün aidiyyatı üzrə tapşırıq verib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişdirlər.
   Qeyd edək, şəhid Cavad Məmmədov İsmayıllı rayon sakinidir,onun həyat yoldaşı isə Kəlbəcər rayon sakinidir.Şəhidimizin iki övladı Vətənə əmanət qalıbdır.
    Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər