Kəlbəcər rayon müəllimlərinin sentyabr konfransı keçirilmişdir.
04.09.2014-cü il tarixdə ənənəvi olaraq Kəlbəcər rayon müəllimlərinin sentyabr konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşlar.
Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Aqil Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri və Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı Rafiq Qəndilov iştirak etmişlər. Konfransda 215 nəfər iştirak etmişdir.
Konfransda “2013-2014-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr” müzakirə olunmuşdur. Rayon İcra Hakimiyyətinin Başçısı Aqil Məmmədov konfransda çıxış edərək rayonda təhsilin inkişafı üçün öz məsləhət və tövsiyələrini vermiş, həmçinin əminliklə belə bir fikri ifadə etmişdir ki, rayonun təhsil işçiləri respublika Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün var qüvvələrini səfərbər edəcəklər.
Konfrans iştirakçıları tərəfindən respublika Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.