Şriftin ölçüsü :

Saytın rəngi :

04 mart 2022-ci il tarixdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Yevlax şəhəri, Kəlbəcər rayon 30 saylı tam orta məktəbin inzibati binasında həmin ərazidə yaşayan vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.

04 mart 2022 | 16:00

Qəbul mövcud pandemiya qaydalarına uyğun şəkildə təşkil olunmuş və görüş zamanı karantin qaydalarına riayət olunması təmin olunmuşdur.
Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin Kəlbəcər rayon sakinləri iştirak etmişdir.
RİH başçısı Azər Qocayev səyyar görüşdə sakinlərə ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbə barədə, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarları haqqında ətraflı məlumat verib.
Daha sonra qəbulda iştirak edən vətəndaşlar rayon sakinlərinin ümumi problemlərini, həmçinin onları nərahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırılmışlar.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin qeydiyyatı aparılaraq nəzarətə götürülmüşdür.
Qeyd edək ki, səyyar görüş-qəbuldan sonra Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Kəlbəcər rayon 30 saylı tam orta məktəbin 11-ci sinif şagirdləri ilə görüşmüş və şagirdələrə buraxılış imtahanının vərəqlərini təqdim edərək onlara uğurlar arzulamışdır.

Keçidlər