Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart-Azərbaycanlıların Soyqırımı günü Kəlbəcər rayonunda qeyd edildi.

31 mart 2022 | 16:00

Anım günü mövcud pandemiya qaydalarına uyğun şəkildə təşkil edilərək, karantin qaydalarına riayət olunması təmin edilmişdir. Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər RİH-nin məsul əməkdaşları və rayon ictimaiyyəti iştirak edib.Əvvəlcə Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə Kəlbəcər şəhidlərinin abidə kompleksi  ziyarət olunmuş və torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhid olan, eləcədə soyqırıma məruz qalan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla  yad edildi.Daha sonra Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev çıxış edərək bildirdi ki,  1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.Bu qanlı faciəyə əsil hüquqi qiymət məhz Ulu Öndər tərəfindən verildi. Məhz ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da “1918-ci il mart soyqırımı haqqında” Fərman imzalayıb. Fərmanda bu hadisələrlə bağlı Milli Məclisin sessiyalarının keçirilməsi, bu sahədə tədqiqat işlərinin aparılması, hər il mart ayının 31-nin milli matəm günü kimi qeyd edilməsi, bu faciənin dünya ictimaiyyətinə çatdırılması kimi konkret vəzifələr qoyulub. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşib. Həmin ildən etibarən bütün xalqımız  bu tarixi “31 Mart Azərbaycanlıların soyqırımı günü”  kimi  qeyd edir.
Milli Məclisin deputatı Aqil Məmmədov qeyd edib ki, bildirib ki, ermənilərin xalqımıza qarşı törətdiyi qanlı faciələrdən biri də 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı soyqırımı hadisələridir. İştirakçılara 31 mart və 1-2 aprel tarixlərində qırğınların kütləvi şəkil alması, silahlanmış erməni əsgərlərinin dinc əhalini amansızcasına qətlə yetirmələri, qırğınların davam etdiyi dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımızın qəddarlıqla öldürülməsi, tarixi binaların, məscidlərin, məktəblərin dağıdılması barədə məlumat verilmişdir. Ümummilli liderimiz Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci tarixli Fərmanı ilə bu hadisələrə ilk dəfə siyasi qiymət verilməsi və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldıqlarının rəsmi surətdə bəyan edilməsi, habelə digər mühüm məqamlar xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılmışdır. Belə ki, tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni qatillərinin vəhşiliyini və vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə on minlərlə insanın qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılmış və ölkəmizin əhalisi, həmçinin xarici qonaqlar tərəfindən bu kompleks ziyarət olunur.
Geniş məruzə ilə çıxış edən Kəlbəcər rayon Prokuroru Vüqar Əhmədli bildirib ki, son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Sovet hakimiyyəti dövründə təxminən 70 il xalqın qan yaddaşını silməyə aramsız cəhdlər göstərilsə də, bu, mümkün olmadı və nəhayət, həqiqət anı yetişdi.Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Tədbirdə çıxış edən digər natiqlər 31 mart Azərbaycanlıların Soyqırımını bütün bəşəriyyətə və inanlığa qarşı soyqırım kimi qiymətləndirmiş və bu soyqırım həqiqətlərini gənclərimizə çatıdırılmasının vacibliyini vurğulamışdırlar.

 

 

Keçidlər