Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon Mədəniyyət sarayında şəhid polkovnik-leytenant Rasim Abdullayevin "Son nida” kitabının təqdimatı keçirilib.

16 aprel 2022 | 16:00

Kəlbəcər rayon İcra Hakimiyyətinin və YAP Kəlbəcər rayon Təşkilatının birgə təşkilatçılığı ilə Kəlbəcər rayon Mədəniyyət sarayında baş tutan təqdimat mərasimində Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayonundan seçilmiş Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər rayon ictimaiyyəti, Milli kənd sakinləri,  şəhid ailələri və qazilər  iştirak edib.Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra şəhid polkovnik-leytenant Rasim Abdullayevin həyat və yaradıcılığından bəhs edən videorolik nümayiş etdirilmişdir..
Tədbirdə çıxış edən natiqlər 44 günlük şanlı Zəfər tariximizə nəzər salmış, şəhid polkovnik-leytenant Rasim Abdullayevin yaradıcılığından bəhs edərək onun qəhrəmanlığından söz açmışdırlar.
Kəlbəcər  məktəbliləri şəhid Rasim Abdullayevin şeirlərini səsləndiriblər, eyni zamanda şəhid R.Abdullayevin  sözlərinə  bəstələnmiş muğamlar ifa olunub.
Ölümündən sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən təltif edildiyi medal şəhidin oğluna təqdim edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Keçidlər