Kəlbəcər rayon İcra Hakimiyyətinin və YAP Kəlbəcər rayon Təşkilatının birgə təşkilatçılığı ilə Başlıbel faciəsinin 29-cu ildönümü qeyd edilib.
Kəlbəcər rayon İcra Hakimiyyətinin və YAP Kəlbəcər rayon Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan anım mərasimində Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Milli Məclisin deputatı Aqil Məmmədov, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər rayon ictimaiyyəti, Başlıbel kənd sakinləri, şəhid ailələri və hadisə şahidləri iştirak edib.Əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, daha sonra Başlıbel faciəsinin 29-cu ildönümünə həsr olunmuş filmin nümayişinə etdirilmişdir.
Tədbirdə çıxış edən natiqlər Başlıbel faciəsindən söz açaraq bu faciənin insanlığa və bəşəriyyətə qarşı törədilmiş bir cinayət olduğunu bildirmişdirlər.Eyni zamanda qeyd olunmuşdur ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və dəmir yumruğu hesabına, rəşadətli orumuzun qəhrəmanlığı ilə silahlı qüvvələrimiz 44 günlük şanlı Zəfər tarixi yazmış və düşmən tapdağında olan torpaqlarımız azad edilmişdir. Vətən müharibəsindən sonra Erməni vandalizmindən dağlara,kahalara sığınaraq oradaca şəhid olan Başlıbel sakinlərinin nəşləri müəyyən edilərək oradaca dəfn edilmişdir.Bu gün Başlıbellilər öz doğma kəndlərini ziyarət edərək, orada şəhid olan əzizlərini ziyarət edirlər.
Başlıbel ziyalıları, sakinləri və hadisə qurbanlarının yaxınları onlara göstərilən diqqət və qayğıya,həmçinin bu faciəyə dövlət səviyyəsində verilən hüquqi qiymətə görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.