Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlax rayon Malbinəsi kəndi, 40 evlər qəsəbəsində müvəqqəti məskunlaşmış kəlbəcərli məcburi köçkünlərin işıq problemi öz həllini tapıb.

19 aprel 2022 | 16:00

Beləki Yevlax rayon Malbinəsi  kəndi, 40 evlər qəsəbəsində müvəqqəti məskunlaşmış kəlbəcərli 47 məcburi köçkün ailəsi elektrik transfarmatorun sıradan çıxması nəticəsində işıqsız qalmışıdır.Sakinlərin Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevə müraciətindən sonra, dərhal rayon rəhbəri məsələyə həssaslıqla yanaşaraq müvafiq tapşırıq vermiş və işıqdan əziyyət çəkən kəlbəcərli 47 ailə üçün yeni elektrik transformatoru quraşdırılaraq sakinlərin işıq problemi həllini tapmışdır.
Problemlərinin qısa müddət ərzində həll edildiyi üçün Yevlax rayon Qoyunbinəsi  kəndi, 40 evlər qəsəbəsində müvəqqəti məskunlaşmış kəlbəcərli 47 məcburi köçkün ailəsi dövlətimizin başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını ifadə etmişdirlər.

Keçidlər