Kəlbəcər rayon İcra Hakimiyyətinin və YAP Kəlbəcər rayon Təşkilatının birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd olunub.
28 aprel 2022-ci il tarixdə Kəlbəcər rayon İcra Hakimiyyətinin və YAP Kəlbəcər rayon Təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq həkim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, “Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Xəqani Cəfərov və Kəlbəcər rayon ictimaiyyəti iştirak edib.Əvvəlcə şəhidlərimizin və akademik Zərifə Əliyevanın ruhu bir dəqiqəlik sükutla yad edililb.
Daha sonra çıxış edən natiqlər bildiriblər ki, Zərifə xanım Əliyeva tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb.Eyni zamanda vurğulanıb ki, Akademik Zərifə Əliyeva milli oftalmologiyanın banisidir. Zərifə Əliyeva Azərbaycan xanımlarının bütün gözəl xüsusiyyətlərini özündə birləşdirən insanlıq, qadınlıq meyarı idi. İşıqlı bir həyat yaşayan Zərifə Əliyeva görkəmli oftalmoloq alim, qayğıkeş həkim, gözəl ana və fədakar həyat yoldaşı kimi şərəfli bir ömür sürmüşdür.O təkcə elim xadimi, həkim, akademik olmaqla yanaşı eyni zamanda Ulu öndər Heydər Əliyevin layiqli həyat yoldaşı, sadiq dostu və məsləkdaşı olmuşdu.
Ulu öndərin əsasını qoyduğu geniş quruculuq işləri və Zərifə xanımın çoxşaxəli humanitar missiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev və Azərbaycanın birinci xanımı, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Yekunda qeyd olunub ki, Zərifə xanımın ruhunun sönməz işığı və onun əziz xatirəsi hər zaman insanların qəlbində yaşayacaq.Bundan sonrada onun tibb elminə bəxş etdiyi yeniliklər xalqımıza və bəşəriyyətə xidmət edəcəkdir.