Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 92 yaşlı şəhid anasını evində ziyarət etdi.

30 aprel 2022 | 16:00

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Kəlbəcər rayon Ağcakənd kənd sakini, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində müvəqqəti məskunlaşmış Birinci Qarabağ müharibəsində şəhidi olan Məhərrəmov Yadigar Mirzə oğlunun 92 yaşlı anası Minə Məhərrəmovanı evində ziyarət edib.
Rayon rəhbəri şəhid anasının  qayğıları ilə maraqlanıb, Şanlı Zəfər tariximizdən söz açılıb.Bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir yumruğu altında Azərbaycan xalqı, ordusu birləşmiş və düşmənə elə bir sarsıdıcı zərbə endirmişdir ki, yüz illər keçsə belə onlar bu məğlubiyyətdən özlərinə gələ bilməyəcəklər.Eyni zamanda vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva daima şəhid ailələrinin, qazilərin yanındadır, onların hər tərəfli rifah halının yüksəldilməsi üçün davamlı işlər aparılır.
Şəhid Y.Məhərrəmovun anası  Minə Məhərrəmovada öz növbəsində dövlət tərəfindən şəhid ailələrinə diqqət və qayğının daima göstərildiyini bildirərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etmişdir.

Keçidlər