Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı və BDU-nun digər əməkdaşları ilə görüşüb.

07 may 2022 | 16:00

Görüşdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, rayonun hüquq-mühafizə orqanlarının rəbərləri, BDU-nun Kitabxanaçılıq-informasiya  fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı, BDU-nun Kitabşünaslıq və nəşriyyat işi  kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan və BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Rasim Süleymanov iştirak edib.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə Bakı Dövlət Universitetinin Elmi Kitabxanası, AMEA-nın Mərkəzi Elmi Kitabxanası, “Elm” Nəşriyyatı və “Akademkitab” Birliyi tərəfindən Kəlbəcər rayonunun Mərkəzləşdirilmiş Kitabxana Sisteminə mindən çox kitab hədiyyə edilib.Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Kəlbəcər rayonunun Mərkəzləşdirilmiş Kitabxana Sisteminə hədiyyə edilən kitablara görə Bakı Dövlət Universitetinin rəhbərliyinə və Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya  fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlıya təşəkkürünü ifadə edib.

Keçidlər