Kəlbəcər rayon ümumtəhsil məktəblərində “Bilik Günü” yüksək səviyyədə qeyd olundu.
24 sentyabr 2014 | 15:00
Sentyabrın 15-də ölkəmizin hər yerində olduğu kimi, Kəlbəcər rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinə başlanmış və bu münasibətlə təntənəli tədbirlər keçirilmişdir. 2013-2014-cü dərs ilində 775 nəfər Kəlbəcər rayonunun tam orta məktəblərini bitirib məzun adını almışlar. 775 nəfər məzundan 306 nəfəri ali məktəblərə qəbul olmuşdur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Kəlbəcər rayon məcburi köçkünlər üçün respublikanın müxtəlif rayonlarında məktəblər tikilib istifadəyə verilmişdir.
"Bilik Günü" münasibətilə Kəlbəcər rayon 1 nömrəli tam orta məktəbində də geniş tədbir keçirilmişdir.