Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon İcra Hakimiyyətində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib.

10 may 2022 | 16:00

Kəlbəcər rayon İcra Hakimiyyətində Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi siyasətçi və böyük tarixi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib.Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər RİH-in məsul əməkdaşları Kəlbəcər rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək sonsuz ehtiramlarını bildirmişdirlər.
Qeyd olunmuşdur ki, müasir Azərbaycan tarixinin elə bir səhfəsi yoxdur ki, orada ulu öndərin imzası, izi olmasın.Bütövlükdə Azərbyacanı Ümumilli  lider  Heydər Əliyevsiz və Heydər Əliyevi isə Azərbaycansız təsəvvür etmək belə mümkün deyil. Azərbaycan xalqı, dövləti var olduqca onun əziz xatirəsi daima bizlərin qəlbində əbədi yaşayacaqdır, onun qoyduğu siyasi yol, bu kursun layiqli davamçısı cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə dövlətimizi hələ çox qələbələrə aparacaq, necəki biz 44 günlük şanlı Zəfər tarixi yazdıq.Cənab prezidentin rəhbərliyi ilə hələ qarşıda özünün dediyi kimi xalqımızı çoxlu qələbələr gözləyir.
Uca Tanrı Ümumilli lider Heydər Əliyevə və şəhidlərimizə rəhmət eləsin.

Keçidlər