Şriftin ölçüsü :

Saytın rəngi :

Koreya Respublikasının Azərbaycandakı səfiri Soi Suk Kəlbəcərli məcburi köçkünlərlə görüşmək üçün Gəncə şəhərində səfərdə olmuşdur

26 sentyabr 2014 | 15:00

          26.09.2014-cü il tarixdə Kəlbəcər rayon İcra Hakimiyyətində mehribanlıqla qarşılanan səfirlə dəyirmi masa arxasında keçirilən görüşdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Aqil Məmmədov ölkələrimiz arasında mövcud olan iqtisadi, mədəni və diplomatik əlaqələrin gündən-günə genişlənməsinin əhəmiyyətindən danışmışdır.
         Görüşdə Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədov  səfirə Kəlbəcər rayonunun təbiət mənzərəsini əks etdirən xatirə hədiyyəsi təqdim etmişdir.
          27.09.2014-cü il tarixdə  Koreya Respublikasının səfiri  Soi Suk  Kəlbəcər məktəbliləri ilə görüşərək, “Uşaqlar sülh istəyir” devizi altında keçirilən inşa yazı və rəsm müsabiqəsinin qaliblərini  mükafatlandırmışdır.
        Səfiri  daha sonra Gəncədəki 1500 ailəlik yeni qəsəbədə məskunlaşmış kəlbəcərli məcburi köçkün ailəsində olmuşdur.

Keçidlər