Kəlbəcər rayon İcra hakimiyyətində prokurorluq orqanları işçilərinin peşə bayramı qeyd edilmişdir
01 oktyabr 2014 | 15:00
Kəlbəcər rayon İcra Hakimiyyətində 1 oktyabr prokurorluq orqanları işçilərinin peşə bayramı qeyd edilmişdir. Rayon İcra Hakimiyyətinin Başçısı, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluq işçiləri ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmişlər və abidə önünə tər-gül dəstələri düzüblər. Daha sonra, tədbir İcra hakimiyyətinin inzibati binasında davam etdirilmişdir. Yığıncağı giriş sözü ilə açan Kəlbəcər Rayon İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədov prokurorluq orqanları əməkdaşlarını onların peşə bayramı münasibətilə təbrik etmiş və hədiyyələr təqdim etmişdir.