Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü qeyd olundu.

21 noyabr 2014 | 16:00

Kəlbəcər rayon İcra hakimiyyətində Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümünə həsr olunmuş geniş tədbir keçirildi .
       Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə təzə gül dəstələri qoydular, Ulu Öndərin xatirəsi ehtiramla yad olundu.
       Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Akif Əsgərov açdı və Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, yarandığı vaxtdan keçdiyi inkişaf yolu barədə geniş nitq söylədi.
       Tədbirdə iştirak edən Kəlbəcər rayon İcra hakimiyyətinin Başçısı cənab Aqil Məmmədov Yeni Azərbaycan Partiyasının 22 ildə böyük inkişaf yolu keçməsindən, Ulu Öndərin siyasi kursunu bu gün Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində Azərbaycanın yeni-yeni uğurlar əldə etməsindən danışdı.
        Tədbirin sonunda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsi təqdim edildi.

Keçidlər