Şriftin ölçüsü :

Saytın rəngi :

“Ədliyyə orqanları işçilərinin peşə bayramı” günü münasibəti ilə tədbir keçirilmişdir

21 noyabr 2014 | 16:00

21 noyabr 2014-cü il tarixdə Kəlbəcər rayon İcra Hakimiyyətinin İnzibati binasında  “Ədliyyə orqanları  işçilərinin peşə bayramı” günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbiri Kəlbəcər Rayon İcra Hakimiyyətinin Başçısı cənab Aqil Məmmədov açmış, Azərbaycan Respublikasında ədliyyə orqanlarının rolu, ədliyyə sisteminin tarixi, bu günü və ölkə başçısının ədliyyə orqanlarına və işçilərinə göstərilən diqqət və  qayğıdan danışmışdır. 
          Daha sonra Kəlbəcər  Rayon Məhkəməsinin sədri Fuad Mirabov ədliyyə işçilərinin  peşə bayramı, onun əhəmiyyəti haqqında ətraflı məruzə etmişdir.
          Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov bir qrup  ədliyyə işçisinə xatirə  hədiyyələri  təqdim etmişdir.

Keçidlər