Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısı cənab Aqil Məmmədovun hesabatı
İclasdan əvvəl Rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədov, Prezident Administrasiyasının məsul işçisi Aqşin Əliyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul işçiləri rayon icra hakimiyyəti binasında Ulu Öndər Heydər Əliyevin xatirə abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, öz hörmət və dərin ehtiramlarını bildiriblər.
İclasda «2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr» müzakirə olunub. Gündəlikdə duran məsələ ilə bağlı rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədov hesabat məruzəsinin tezislərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
RİH başçısının müavini İkram Salmanov, rayon maliyyə şöbəsinin rəisi Salman Qasımov, YAP rayon təşkilatının sədri Akif Əsgərov, rayon mərkəzi xəstəxanasının baş həkimi Mehparə Kazımova çıxış edərək 2014-cü ildə görülən işlərdən danışıb. Onlar öz çıxışlarında rayon icra hakimiyyətinin 2014-cü il üzrə fəaliyyətini qənaətbəxş hesab etdiklərini bildiriblər.
Hesabat yığıncağında iştirak edən Prezident Administrasiyasının məsul işçisi Aqşin Əliyev çıxış edərək ölkə başçısının rəhbərliyi altında 2014-cü ildə respublikamızda çox böyük uğurlar qazanıldığını, regionların dinamik inkişafının təmin edildiyini konkret faktlar və rəqəmlərlə diqqətə çatdırıb. O, Kəlbəcər Rayon İcra Hakimiyyətinin 2014-cü ildə qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirdiyini vurğulayıb. Aqşin Əliyev Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən görülən işlərdən məmnunluğunu ifadə edərək, 2015-ci ildə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün tövsiyələr verib.
Yığıncaqda rayonun ictimai həyatında fərqlənən bir neçə dövlət qulluqçusuna hədiyyələr və YAP-ın üzvlük vəsiqələri verilib. İclasda müzakirə olunan məsələyə müvafiq qərar qəbul edilib. Yığıncaq iştirakçıları adından prezident İlham Əliyevə müraciət qəbul olunub.