Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon 11 saylı tam orta məktəbində Xocalı soyqırımının ildönümü qeyd olundu

26 fevral 2015 | 16:00

Gəncə şəhəri Yeni qəsəbədə yerləşən Kəlbəcər rayonu 11 saylı tam orta məktəbində Azərbaycan tarixinin səhifələrinə qanla yazılmış  Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirildi.
            Tədbir iştirakçıları  Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdi.   Tədbirdə iştirak edən Kəlbəcər rayon İcra hakimiyyəti Başçısının müavini Aytac Rüstəmzadə çıxış edərək bildirdi ki, amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından 23 il keçir. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faciəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı günü kimi qəbul edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.
          Sonda Xocalı qətliamının dəhşətlərindən bəhs edən ədəbi-bədii kompozisiya göstərildi  və Xocalı faciəsini əks etdirən kitablara və rəsm sərgisinə baxış keçirildi.

Keçidlər