Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart Beynəlxalq Qadınlar bayramı Gəncə şəhəri 1500 ailəlik Yeni qəsəbədə yerləşən Kəlbəcər rayon İcra hakimiyyətinin inzibati binasında qeyd edildi.

06 mart 2015 | 16:00

8 – mart Beynəlxalq Qadınlar Bayramı 06 mart 2015-ci il tarixdə Gəncə şəhəri 1500 ailəlik Yeni qəsəbədə yerləşən Kəlbəcər rayon İcra hakimiyyətinin inzibati binasının akt zalında qeyd olundu. Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı cənab Aqil Məmmədov, YAP Kəlbəcər rayon təşkilatının sədri Akif Əsgərov  və rayonun müəssisə və təşkilatlarında çalışan fəal qadınlar iştirak edirdilər. Kəlbəcər  rayon İcra Hakimiyyətinin Başçısı Aqil Məmmədov çıxış edərək qadınları 8 – mart Beynəlxalq Qadınlar Bayramı müansibəti ilə təbrik etdi, onlara öz işlərində uğurlar arzuladı. Tədbirdə bir qrup qadın hədiyyələrlə mükafatlandırıldılar. Kəlbəcər  rayon Qadınlar Şurasının sədri Vüsalə Əsədova bu əziz gündə onlara göstərilən diqqətə görə  rayon rəhbərliyinə minnətdarlığını bildirdi.

Keçidlər