Gəncə şəhəri 1500 ailəlik Yeni yaşayış məhəlləsində Novruz şənliyi keçirildi.
18 mart 2015 | 16:00
El şənliyində Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak etdilər.
Dədə Qorqud, Novruzun atributları olan Keçəl və Kosa, əlində şərbət olan Bahar qız izdihamın önünə gələrək bahar təbriklərini çatdırdılar.
Daha sonra rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və qonaqlar bayram süfrəsi arxasında əyləşərək milli mətbəximizin ləziz təamlarından dadılar. Rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov Novruz bayramı münasibəti ilə kəlbəcərliləri təbrik edərək onlara can sağlığı, ailə səadəti arzuladı.