Şriftin ölçüsü :

Saytın rəngi :

8 avqust 1930-cu ildə inzibati rayon statusu alan Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ilin aprel ayının 2-də işğal edilməsindən 22 il ötür.

02 aprel 2015 | 15:00

02.04.2015-ci il tarixdə Kəlbəcər rayonu Ermənistan tərəfindən işğal olunmasının 22-ci ildönümü anıldı. Anım mərasimi ilk öncə  Göygöl rayonunda yerləşən “Şəhidlər Xiyabanı”nda Kəlbəcər rayonunun işğalı zamanı həlak olmuş  şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov Abidə Kompleksi önünə əklil qoydu.
      Daha sonra tədbir Gəncə şəhəri 1500 ailəlik Yeni yaşayış məhəlləsində yerləşən Kəlbəcər rayon Mədəniyyət sarayında davam etdirildi. Tədbirdə çoxlu sayda qonaqlar, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri və kəlbəcərlilər iştirak edirdilər.
        Tədbiri giriş sözü ilə açan Rayon İcra hakimiyyətinin Başçısı Aqil Məmmədov tədbir iştirakçılarının nəzərinə çatdırdı ki,  Kəlbəcər rayonunun işğalı nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulmuş, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq köçkün düşmüşdür. Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 31 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası və s. Ermənistan Silahlı Qüvvələri tərəfindən xarabazara çevrilmişdir.
         1993-cü ildə Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərindən qeyri şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən (822, 853, 874 və 884) qəbul olunmuş 4 qətnamədən 22 il keçməsinə baxmayaraq  heç bir öhdəlik yerinə yetirilməmişdir. 
         Rayon rəhbəri onu da əlavə etdi ki, Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 700-dən artıq yaşayış məntəqəsində məcburi köçkün şəraitində yaşamalarına baxmayaraq  daima dövlətin diqqət və qayğısı ilə əhatə olunur. 
         Tədbir şagirdlərin hazırladığı bədii kompozisiyalar və “Kəlbəcər-Təbiətin möcüzəsi” adlı kinofilmə baxmaqla başa çatdırıldı.

Keçidlər