8 noyabr Zəfər günü ərəfəsində şəhid Həmzəyev Şəhriyar Elman oğlunun ailəsi ziyarət edilib.
30 oktyabr 2025 | 17:20
Ziyarətdə Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Əhmədova, RİH –in şöbə müdiri Tural Oruczadə,inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, şəhidin yaxınları iştirak edib. Tariximizin şanlı səhifəsi olan Zəfər tariximizə nəzər salınıb, Şəhriyar kimi vətənini canından artıq sevən oğullarımızın keçdiyi şərəfli döyüş yolundan bəhs edilib. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan tərəfindən, eləcədə xalqımız və dövlətimiz tərəfindən şəhid ailələrinə yüksək həssaslıqla yanaşılır, şəhidlərimizin əziz xatirəsi uca tutulur.
Qeyd edək ki, şəhid Həmzəyev Şəhriyar Elman oğlu 01 mart 2001-ci ildə Yevlax şəhərində anadan olub. 2008-ci ildə orta məktəbin 1-ci sinifinə daxil olub. 2018-ci ildə orta məktəbi bitirib. 2019-cu ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Şəhriyar 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Şəhriyar Həmzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərmişdir. 29 oktyabr 2020-ci il tarixdə Xocavənd istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuşdur. Subay idi. 30 oktyabr 2020-ci ildə Göygöl rayon Murovdağ qəsəbəsi Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medallarıı ilə təltif edilmişdir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






