8 noyabr Zəfər günü ərəfəsində şəhid leytenant Atayev Nicat Habil oğlunun ailəsi ziyarət edilib.
27 oktyabr 2025 | 09:39
Ziyarətdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Eldəniz Mehtiyev, şəhidin yaxınları iştirak edib. 44 günlük zəfər tariximizdən, Vətən müharibəsindən və uğurlu Antiterror əməliyatından söz açılıb.Şəhidlərimizinin əziz xatirəsinin daima dövlətimiz və xalqımız tərəfindən uca tutulduğu vurğulanıb.Onların xatirəsinin əbədiləşdirilməsi üçün dövlət tərəfindən lazimi addımların atdıldığı qeyd olunub.
Qeyd edək ki, şəhid Atayev Nicat Habil oğlu 1994-cü il martın 5-də Mingəçevir şəhərində anadan olmuşdur. O, II Qarabağ müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Ordusunun leytenantı olan Nicat Atayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və sentyabrın 27-də Füzuli döyüşləri zamanı Yuxarı Əbdürrəhmanlı istiqamətində Şəhid olmuşdur. Bakı şəhərində yerləşən Hərbi Memorial Məzarlıqda dəfn olunub. N.Atayevə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda" medalı, Xocavəndin azad olunmasına görə" və Füzulinin azad olunmasına görə medalları ilə təltif edilmişdir.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






