8 noyabr – “Zəfər günü” ilə əlaqədar Kəlbəcər rayon İcra Hakimiyyətində müşavirə keçirilib.
08 noyabr 2022 | 19:20
Müşavirədə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak edib.Müşavirədə şanlı Zəfər günümüzə nəzər salınıb, 44 günlük Vətən müharibəsindən bəhs edilib.Bildirilib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə xalqımız, ordumuz bir amal uğrunda birləşərək tarixi qələbə qazanıb.Qeyd edilib ki, bundan sonrada Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanımızı hələ çoxlu zəfərlər, qələbələr gözləyir.