Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaban faciəsindən 23 il ötür

09 aprel 2015 | 15:00

Gəncə  şəhəri Gülüstan qəsəbəsində yerləşən Aşıq Şəmşir adına mədəniyyət evində Ağdaban  kəndinin 1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan Kəlbəcər RİH Başçısı cənab Aqil Məmmədov işğal nəticəsində ermənilər tərəfindən Ağdaban və Çayqovuşan kəndlərində törədilmiş qətliamdan bəhs edərək, 130-dan çox  evin yandırıldığını və 779 dinc sakinə qanlı divan tutulduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı.
Yığıncaqda çıxış edən ictimaiyyət nümayəndələri və Ağdaban sakinləri Ağdaban kəndinin işğalı zamanı 33 nəfərin dünyada görünməmiş ən qəddar üsullarla qətlə yetirildiyini, 8 nəfər 90-100 yaşlı qocanın,  2  azyaşlı uşağın, 7 nəfər qadının diri-diri odda yandırıldığını, 2 nəfərin itkin düşdüyünü, 12 nəfərin ağır bədən xəsarətlərinə məruz qaldığını, 5 nəfərin isə girov aparıldığını bildirmişlər.
       Tədbir şagirdlərin hazırladığı bədii kompozisiyalar və Ağdaban faciəsindən bəhs edən kinofilmin nümayişi ilə başa çatdırıldı.

Keçidlər