Gəncədə şəhəri 1500 ailəlik Yeni qəsəbədə müvəqqəti məskunlaşmış kəlbəcərlilər Respublika Yaşıllıq Marafonuna qoşuldular
09 aprel 2015 | 15:00
Gəncə şəhəri 1500 ailəlik Yeni qəsəbədə müvəqqəti məskunlaşmış kəlbəcərlilər Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən Respublika Yaşıllıq Marafonuna qoşuldular. Gəncədə yeni istifadəyə verilən və 1500 kəlbəcərli ailəsinin yaşadığı qəsəbədə ağacəkmə aksiyası təşkil olunub. Ərazilər abadlaşdırılıb, yerli iqlim şəraitinə uyğun olan ağac növləri əkilib. Qəsəbədəki Rayon İcra Hakimiyyətinin inzibati binası, mədəniyyət evi, məktəb, uşaq bağçası və digər ictimai binaların ətrafında yeni yaşıllıqlar yaradılıb.