Şriftin ölçüsü :

Saytın rəngi :

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Gəncə şəhərində məskunlaşmış məcburi köçkünlərlə görüşdü.

15 aprel 2015 | 15:00

          Kəlbəcər rayon İcra Hakimiyyətində keçirilən görüşdə rayon İcra Hakimiyyətinin Başçısı Aqil Məmmədov  diplomata məcburi köçkünlərə dövlət tərəfindən hər cür şərait yaradıldığını bildirdi və tez bir zamanda Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasının vacibliyini vurğuladı. Kəlbəcər rayon icra hakimiyyəti adından qonağa xatirə hədiyyəsi təqdim edildi.
          Daha sonra Diplomat qəsəbədə olan mədəniyyət evində Kəlbəcərin incəsənət xadimlərinin, eləcə də “Maral oyunu” folklor qrupunun çıxışlarını izlədi,  qəsəbədəki 4 saylı uşaq bağçası – körpələr evində də oldu. Burada uşaqların təlim-tədris prosesi ilə bağlı qonağa məlumat verildi. Robert Sekuta qəsəbədə yaşayan Kəlbəcərdən olan məcburi köçkün ailəsinin qonağı oldu.

Keçidlər