Kəlbəcər rayon İcra hakimiyyətində 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan geniş şura iclası keçirildi.
18 aprel 2015-ci ildə Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər rayon İcra hakimiyyətinin inzibati binasında 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan geniş şura iclası kecirildi. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ruhunu yad etdilər. Daha sonra hesabat yığıncağının rəsmi hissəsi davam etdirildi. Yığıncaqda görülən işlər və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyətinin Başçısı cənab Aqil Məmmədovun məruzəsi dinlənildi. Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı öz çıxışında ilk üç ay ərzində görülən işlər barədə hesabat iştirakçılarına geniş məlumat verərək qarşıda duran vəzifələri diqqətə çatdırdı.
Digər çıxış edənlər məlumat verərək bildirdilər ki, əhalinin təbii qaz, elektrik enerjisi və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət və səhiyyə sahəsində əldə olunan uğurlardan da ətraflı bəhs edildi, mövcud problemlərə toxunulub, onların həlli və qarşıda duran vəzifələrdən danışıldı.