Şriftin ölçüsü :

Saytın rəngi :

Kəlbəcər rayon Mədəniyyət Sarayında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir kecirildi.

07 may 2015 | 15:00

Tədbir iştirakçıları əvvəlcə Ümummili liderin abidəsini ziyarət etdilər. Kəlbəcər rayon Mədəniyyət sarayında dahi şəxsiyyətin kəlbəcərlilərlə görüşlərindən olan fotostendə baxıldı.
      Tədbiri giriş sözü ilə açan Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı cənab Aqil Məmmədov  Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanın qazandığı uğurlardan danışdı. Uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünya arenasında öz sözünü deyir. 
       Tədbirdə YAP sıralarına daxil olan 5 nəfərə üzvlük vəsiqələri təqdim edildi.
       Daha sonra Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar keçirilən şahmat yarışları keçirildi və Yarışda  1-ci, 2-ci və 3-cü yeri tutan şagirdlərə kuboklar və fəxri fərmanlar təqdim olundu.

Keçidlər