Şriftin ölçüsü :

Saytın rəngi :

Faşizm üzərində qələbənin 70 illik yubileyi münasibətilə Kəlbəcərdən olan müharibə iştirakçıları ziyarət olundu.

06 may 2015 | 15:00

Kəlbəcər rayon İcra Hakimiyyətinin nümayəndələri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon şöbəsinin rəhbərliyi İkinci Dünya müharibəsi iştirakçılarını evlərində ziyarət etdilər. Gəncədə müvəqqəti məskunlaşan müharibə iştirakçılarından Kamran Uğurluyevə və Əbülfət Nəcəfova baş çəkdilər və  ölkə başçısı İlham Əliyevin sərəncamı ilə qələbənin 70 illiyi münasibəti ilə verilən medallar müharibə iştirakçılarına təqdim edildi.
          Həmçinin rayon rəhbərliyi tərəfindən veteranlara pul mükafatı və xatirə hədiyyələri verilib.

Keçidlər