23 iyun – Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə Kəlbəcər rayon İcra hakimiyyətində tədbir keçirilmişdir.
23 iyun 2015-ci il tarixdə Kəlbəcər rayon İcra Hakimiyyətində Dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti aparatının işçiləri, idarə, müəssisə və təşkilat rəhbərlərləri və ərazi dairəsi üzrə nümayəndəlik işçiləri iştirak etdilər. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyuldu, Aqil Məmmədov tədbir iştirakçılarını təbrik eədərək qeyd etdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə hər il iyunun 23-ü Azərbaycan Respublikasında dövlət qulluqçularının peşə bayramı kimi qeyd edilir.
O bildirdi ki, Dövlət qulluqçusu olmaq həm şərəfli, həm də məsuliyyətli vəzifədir. Odur ki, dövlət qulluğunda çalışaraq xalqa xidmət göstərmək, dövlət qulluğunun qarşıya qoyduğu vəzifələri vicdanla və layiqincə yerinə yetirmək hər bir dövlət qulluqçusunun vəzifə borcu olmalıdır.
Tədbirin sonunda bir qrup fərqlənmiş dövlət qulluqçusu təltif olundu.