Kəlbəcər rayon İcra hakimiyyətində Polis işçilərinin peşə bayramı qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri, Kəlbəcər rayon Polis şöbəsinin əməkdaşları iştrak etdilər.
Tədbiri giriş nitqi ilə açan rayon polis şöbəsinin rəisi, polis polkovniki Asim Abdullayev Azərbaycan polisinin keçdiyi şərəfli yoldan və müstəqil dövlətimizin qurulmasında Ulu Öndərin xidmətlərindən geniş çıxış etdi və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da şərəflə çalışacaqlarını bildirdi.
Sonra Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov və digər çıxış edənlər polis işçilərini Peşə bayramları münasibətilə təbrik etdilər,
Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənən bir sıra polis işçilərinə qiymətli hədiyyələr təqdim olundu.