Şriftin ölçüsü :

Saytın rəngi :

İbad Mövsüm oğlu Hüseynovla Kəlbəcər ictimaiyyəti nümayəndələri və gənclərinin görüşü.

04 iyul 2015 | 15:00

04 iyun 2015-ci il tarixdə saat 15:00 –da Kəlbəcər rayon Aşıq Şəmşir adına Mədəniyyət evində  “Azərbaycan Bayrağı “ ordenli, keçmiş “ Xüsusi təyinatlı” döyüşçü İbad Mövsüm oğlu Hüseynovla Kəlbəcər ictimaiyyəti nümayəndələri, kəlbəcərli qarabağ müharibəsi iştirakçıları və veteranlarıının və yuxarı sinif şagirdlərinin  görüşü oldu.
     Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş və abidə önünə tər çiçək dəstələri düzərək, Onun əziz xatirəsini yad etmişlər
    Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Aqil  Məmmədov çıxış edərək İbad Hüseynovu salamladı və onu Kəlbəcər rayon ictimaiyyəti və  gəncləri arasında görməkdən şad olduğunu bildirdi.
     Tədbirdə çıxış edənlər vurğuladılar ki, bu gün yetişən Azərbaycan gəncliyinə İbad Hüseynov kimi şərəfli döyüş yolu keçmiş mərd döyüşçülərin həyatı əsl mərdlik və kişilik məktəbidir.
     Yekunda Milli Qəhrəman olan İbad Hüseynova Rayon İcra Hakimiyyəti Başçısının hədiyyəsi verildi. “Azərbaycan Bayrağı “ordenli, keçmiş “ Xüsusi təyinatlı” döyüşçü İbad Hüseynov rayon rəhbərliyinə və Kəlbəcər  ictimaiyyətinə xoş münasibətə görə öz minnətdarlığını bildirərək gənclərə Qarabağın işğaldan azad olunması üçün son damla qanınadək mübarizə aparacağını vurğuladı.

Keçidlər