Kəlbəcər rayon İcra hakimiyyətində Milli mətbuatın 140 illik yubileyi qeyd olundu
Milli mətbuat günü münasibəti ilə Kəlbəcər rayon İcra hakimiyyətinin akt zalında tədbir keçirildi. Tədbiri giriş sözü ilə Kəlbəcər Rayon İcra Hakimiyyət başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aytac Rüstəmzadə açaraq qeyd etdi ki, Azərbaycan Milli mətbuatının 140 illik yubileyi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq bütün bölgələrdə olduğu kimi, Kəlbəcər rayonunda da təntənə ilə qeyd olunur.
Tədbirdə çıxış edən “Kəlbəcər harayı” rayon qəzetinin baş redaktoru Zahid Muxdar və qəzetin digər əməkdaşları mətbuat işçilərinə göstərilən davamlı diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.