Kəlbəcər Rayon İcra Hakimiyyətində 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqlərindən irəli gələn vəzifələr Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında müzakirə edilmişdir.
Hesabatda Kəlbəcər rayonunda 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunları barədə ətraflı məlumat verilmiş, qarşıda duran vəzifələr qeyd edilmişdir.
Məruzə ətrafında Kəlbəcər rayon Maliyyə Şöbəsinin rəisi Salman Qasımov, Kəlbəcər rayon əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Novruz Çıraqov, rayon Rabitə qovşağının rəisi Nazim Bəylərov çıxış etmiş, görülən işlər barədə məlumat vermişlər. .
Müzakirə olunan məsələ ilə bağlı müvafiq qərarlar qəbul edilmişdir.