Şriftin ölçüsü :

Saytın rəngi :

2014/2015-ci tədris ilində tələbə adı qazanan kəlbəcərli məzunlarla görüş keçirildi.

08 sentyabr 2015 | 15:00

Kəlbəcər rayon İcra Hakimiyyəti Aşıq Şəmşir Mədəniyyət Ocağı İctimai Birliyi ilə birlikdə bu il qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olan tələbələrlə görüş keçirib.
         2014/2015-ci tədris ilində rayonun orta ümumtəhsil məktəblərini 936 məzun bitirmişdir. Onlardan 457 nəfəri ali məktəblərə test yolu ilə qəbul olmaq üçün sənəd vermişdir. Onlardan 310 nəfəri müxtəlif ali məktəblərə daxil olmuşdur. Tələbə adını qazananlardan  13 nəfəri 600-dən, 26-nəfəri isə 500-dən yuxarı bal toplamışdır. Sonda ali məktəblərə qəbul olan  məzunlara hədiyələr verilmişdir.

Keçidlər