Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evində Kəlbəcər müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.
Kəlbəcər müəllimlərinin ənənəvi sentyabr konfransında ötən dərs ilinin yekunları, ali məktəbələrə qəbulun nəticələri və yeni tədris ilində qarşıda duran vəzifələr geniş müzakirə olunmuşdur. Konfransda Kəlbəcər rayon İcra hakimiyyətinin başçısı Aqil Məmmədov, Azərbaycan Respublikası Təhsil Problemləri İnstiutunun direktoru Qulu Novruzov və təhsil işçiləri iştirak etmişlər. Konfransı giriş sözü ilə açan Aqil Məmmədov qeyd etmişdir ki, yola saldığımız tədris ili rayon üçün uğurlu olmuşdur. Bu uğuru davam etdirmək üçün yeni dərs ilində bütün təhsil ocaqlarına dövlət tərəfindən 350 yeni parta, 300 ədəd müəllim stulu, 160 yazı löhvəsi, 120 ədəd kitab rəfi verilmişdir. Təhsil Problemləri İnstiutunun direktoru Qulu Novruzov Azərbaycan təhsil sistemindəki yeniliklər və qarşıda duran əsas vəzifələr barədə məlumat vermişdir. O da nəzərə catdırmışdır ki, Təhsil Nazirliyi tərəfindən şagirdlərə kitablar, eləcə də məktəbli formaları hədiyyə edilmişdir.