Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü.
06.11.2015-ci il tarixdə Kəlbəcər rayon İcra hakimiyyətində “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü“ münasibətilə tədbir keçirilmişdir.
Tədbiri açıq elan edən Kəlbəcər rayon İcra hakimiyyəti başçısı Aqil Məmmədov Azərbaycan Respublikasının Dövlət Bayrağının yaranma tarixi barədə tədbir iştirakçılarına məlumat vermişdir. Cənab başçı çıxışında bildirmişdir ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib.
Tədbirdə həmçinin bir sıra rayon ziyalıları də iştirak edərək, bu mövzu ətrafında öz fikir və mülahizələrini bildirmişlər.