Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad edildi.

12 dekabr 2015 | 16:00

Ölkəmizin hər yerində olduğu kimi, bu gün Kəlbəcər rayon İcra hakimiyyətində  müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri ulu öndər Heydər Əliyevin unudulmaz və əziz xatirəsi böyük ehtiramla yad edildi.
Rayon ictimaiyyətinin nümayəndələri  Ümummilli Liderin abidəsini ziyarət etdilər və xatirəsinə böyük ehtiram əlaməti olaraq abidəsi önünə tər çiçəklər düzdülər.
Rayon İcra hakimiyyətinin başçısı Aqil Məmmədov tədbirdə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı cıxış edərək onun dahi bir şəxsiyyət, böyük ideyaların müəllifi, müasir Azərbaycanın qurucusu kimi daima Azərbaycan xalqının qəlbində yaşayacağını bildirdi. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bu gün onun layiqli davamçısı dövlət başçısı cənab İlham Əliyev tərəfindən  uğurla davam etdirilir.

Keçidlər