Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı Kəlbəcər rayon mədəniyyət sarayında qeyd olundu.

30 dekabr 2015 | 16:00

Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Kəlbəcər rayon mədəniyyət sarayında  31 dekabr Dünya Azərbyacanlılarının Həmrəylik günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olundu.
        Tədbirdə Kəlbəcər  Rayon İcra Hakimiyyətinin Başçısı Aqil Məmmədov, rayon rəsmiləri və qonaqlar iştirak edirdi.
        Tədbiri giriş sözü ilə açan rayon İcra başçısı Aqil Məmmədov çıxış edərək tədbir  iştirakçılarını  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə təbrik etdi.
         Daha sonra Kəlbəcər rayon Musiqi Məktəbinin istedadlı gənclərinin çıxışları ilə tədbirin bədii hissəsi davam etdi.

Keçidlər